Maykl Ceksonun qızından qalmaqallı addım: ödəniş qarşılığında... - FOTO
5-02-2024, 16:46
Maykl Ceksonun qızı Peris Cekson "Qremmi" mərasimindəki çıxışı qalmaqal ilə yadda qalıb.
Gecəyə kəsikləri olan qara libasda gələn məşhur, bədənindəki bütün döymələrini tonal krem və qrim vasitəsilə örtüb.
O, buna ödəniş qarşılığında kosmetik markanın reklamı üçün razılaşıb.
Cekson bədənini rəsmlərlə bəzəmək sevgisi ilə tanınır. Onun ümumilikdə 80 döyməsi olsa da, "Cover FX" tonal kremindən istifadə edərək onların hamısını gizlədib. Bununla belə, Peris yenə qolunun altındakı tükləri təmizləməkdən imtina edib. O, bu məsələdəki dəyişməz mövqeyi ilə tanınır: heç bir epilyasiya etməyəcək!
P. Cekson qəbul edilmiş standartlara ayaq uydurmaq üçün dəyişmək fikrində deyil. O, təkcə qoltuqlarını deyil, ayaqlarını da qırxmır. Dünənki gecədən olan fotolarda göründüyü kimi, bu tonal krem təkcə döymələri deyil, həm də tükləri gizlədə bilir.