Hiss stadiona bu geyimdə çıxdı

6-02-2024, 11:08           
Hiss stadiona bu geyimdə çıxdı
Gənclərin sevimli müğənnisi Hiss yenidən Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edib.

Publika.az xəbər xəbər verir ki, o, "Sumqayıt"-"Neftçi" qarşılaşması öncəsi səhnə alıb. Sənətçi Mehdi Hüseynzadə adına stadionda bir-birinin ardınca 8 minlik futbol azarkeşinin önündə "Karma", "Laylay", "Kədərli bölüm" mahnılarını səsləndirib. İfaçı həm də səhnə geyimi ilə bütün diqqətləri üzərinə toplayıb. Belə ki, o, stadiona qara kürkdə və atlas karqo şalvarda çıxıb. O, obrazını məkana uyğun olan şapka ilə tamamlayıb.

İfa arası müğənni hər iki komandaya matçda uğurlar arzu edib və güclü olanın qalib gəlməsini diləyib. 10 ildən sonra Mehdi Hüseynzadə adına stadionda baş tutan ilk oyun Sumqayıt Futbol Klubunun qələbəsi ilə bitib.

Qeyd edək ki, tədbirdə Hissdən öncə müğənni Murad Arif səhnə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru