Ceyms Kameron “Avatar 6” və “Avatar 7” barədə düşünür

6-02-2024, 17:56           
Ceyms Kameron “Avatar 6” və “Avatar 7” barədə düşünür
“Avatar 2”nin premyerası bu yaxınlarda baş tutub, üçüncü, dördüncü və beşinci filmlərin premyerası isə hələ çox uzaqdadır. Lakin rejissor Ceyms Kemeron artıq filmin altıncı və yeddinci hissələri üçün ideyaları müzakirə edir.

O, bu barədə “People”a müsahibəsində danışaraq, beşinci hissənin ssenarisinin artıq yazıldığını təsdiqləyib. Görünür, yaxın illərdə Kemeron başqasının rejissorluğu ilə çəkiləcək filmlərin süjetini düşünməklə məşğul olacaq.

“Beşinci filmin ssenarisini tamamilə yazmışıq, altıncı və yeddinci filmlər üçün də ideyalarım var. Baxmayaraq ki, bu məqamda çox güman ki, estafeti başqasına ötürəcəm. Ölüm artıq məni haqlayır”, - deyə o bildirib.
Beləliklə, “Avatar 6” və “Avatar 7” 2030-cu illərdə işıq üzü görəcək.

Xatırladaq ki, üçüncü hissənin premyerası 2025-ci il dekabrın 19-da baş tutacaq. “Avatar 4”ün 21 dekabr 2029-cu ildə, “Avatar 5”in isə 19 dekabr 2031-ci ildə nümayişi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru