“Belə olsa, Şəbnəmin yataqda şəkillərini yayacam” – Təranədən ŞOK
7-02-2024, 12:57
“Şəbnəm yetim qızdır, nə danışır, danışsın. Ona fikir vermirəm”.
Bunu müğənni Təranə Qumral deyib.
O, həmkarı Şəbnəm Tovuzlu ilə aralarında olan qalmaqala bu cür izah verib: “Şəbnəmlə heç bir prinsipli işimiz yox idi. Sadəcə, hər kəsi yerində oturdurtmağı bacarıram. Yəni dillərin dinc qoymayanda, Təranənin cavabı ilə qarşılaşırlar. Bu mövzuda kim məni qınayır, qınasın. Hər şey göz qabağındadır. Bu məsələyə görə də Şəbnəm mənə zəng elədi, dedi, alça məsələsində elə deməyib, belə deyib. Necə dediyini bilmirəm, özləri bilsin, bir də Allah. Mənə qarşı çaşanlar aşır. Çaşanları aşırdıram. Mənə elə gəlir ki, bir söz yetər”.
T.Qumralla Ş.Tovuzlu arasında yaranan qalmaqal prodüser Tolikin sosial şəbəkədə dediyi bu sözlərdən sonra başlamışdı: “Eşitmişəm ki, Təranə Qumral qızına 720 manata alça alıb. Təranənin heç 720 manata toya getdiyini bilmirdim. Amma alçaya o qədər pul veribsə, ona ar olsun. Şəxsən mən eləməzdim. Təranə 720 manatla 10 ailəyə yaxşı bazarlıq edib, uşaqların qarnını doyuzdurub, savab qazana bilərdi. Görməmişlik etməyin! Alça almaqla deyil ki, səviyyə başqa şeydir. Səviyyəni pulla almaq olmur! Allah bizim bəzi müğənnilərə ağıl versin!”.
Müğənni Şəbnəm Tovuzlu da Tolikin dediklərinə dəstək olaraq belə bir şərh yazmışdı: “Öldüm gülməkdən, qələt edir! Yalançı, alça alıb”.
T.Qumralsa Ş.Tovuzlunu lüt şəkilləri ilə şantaj etmişdi: “”Bir müddət öncə qadın alveri üstündə Şəbnəmi tutmuşdular. Bundan danışım?! Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O yetim qızdır, istəmirəm ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram.
Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacam. Dediklərimi bir-bir yazın. Artıq danışmaq istəmirəm, çünki bayramın günü qanımı qaraltmaq kimi fikrim yoxdu. Getsin, özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır?! 25 ildir Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın”.