Flora Kərimova İlhamə Quliyeva ilə bağlı kədərli xatirəsini paylaşdı

10-02-2024, 13:03           
Flora Kərimova İlhamə Quliyeva ilə bağlı kədərli xatirəsini paylaşdı
Xalq artisti Flora Kərimova teleproqramlardan birində ömür boyu küsülü olduğu mərhum müğənni İlhamə barədə danışıb.

“İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Mən İlhamədən çox çəkmişəm. Deyirlər ki, ölən insanın arxasınca danışmazlar. Doğrudan, bu dünyadan köçən insanın arxasınca danışmazlar, yalnız həqiqətdən başqa.

İlhamə Quliyeva adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər xoş olmayan sözlər danışıb ki... Mən də bunlardan sonra “şişdim, şişdim, şişdim” və sonda “partladım”, - o bildirib.
Lent.az-ın xəbərinə görə, müğənni kədərli bir xatirəsini də paylaşıb:

“Qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovdu. Mən bu məqamları unutmuram. Övladlarıma görə dözürdüm. Sonra dözmədim, getdim üstünə. İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. Mən heç zaman heç kimin qarşısından qaçmamışam”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru