İnternet fenomeni getdiyi restoranda güllələndi

14-02-2024, 17:48           
İnternet fenomeni getdiyi restoranda güllələndi
Amerikalı internet fenomeni Niko Honarbaxş narkotik alveri ilə məşğul olan dəstə arasında baş verən atışmada ölüb.

Gununsesi.info xəbər verir ki, atışma Meksikada 44 yaşlı fenomenin yemək yediyi restoranda baş verib. Atışma zamanı Niko güllələrin hədəfi olub.

Bildirilib ki, əri keçmiş narkotiklərlə mübarizə aparan agent olsa da, Nikonun münaqişə edən dəstələrlə heç bir əlaqəsi olmayıb və təsadüfən iki atəş arasında qalıb. Hadisə şahidləri bildiriblər ki, dəstələr arasında baş verən qarşıdurma zamanı bir dəstə üzvü yaxınlıqdakı restorana sığınaraq, onu izləyən digər dəstə üzvlərinin ona atəş açması nəticəsində dünyasını dəyişib. O zaman restoranda oturan Nikoya da bir güllə dəyib və o, atəş nəticəsində ölüb.

Ömrünü Meksika ilə Amerika arasında keçirən, səyahətləri zamanı çəkdirdiyi foto və videoları İnstaqram hesabında paylaşan Honarbaxş qısa zamanda fenomenə çevrilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru