Zendaya məşhur filmin qalasında geyimi ilə hər kəsi təəccübləndirdi - FOTO/VİDEO

17-02-2024, 16:58           
Zendaya məşhur filmin qalasında geyimi ilə hər kəsi təəccübləndirdi - FOTO/VİDEO
ABŞ-li aktrisa, müğənni, rəqqasə və model Zendaya Londonda (Britaniya) keçirilən “Dune: Part Two” filminin qala gecəsinə seçdiyi geyimi ilə bütün diqqətləri üzərində cəmləməyi bacarıb.

Belə ki, 27 yaşlı aktrisa sinə, qarın, kürək, omba və qollarında kəsiklər olan metal paltarda tədbirə qatılıb. Onun üslubunu uzun dırnaqlı əlcəklər və hündür platforma ayaqqabılar tamamlayıb. Mavi daşlarla bəzədilmiş gümüş boyunbağı da nəzərlərdən yayınmayıb.

Məlumata görə, kostyum “Thierry Mugler” brendi tərəfindən hazırlanıb və ilk dəfə 1995-ci ildə təqdim edilib.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru