Ebru Gündeş YENƏ EVLƏNİR!

18-02-2024, 15:07           
Ebru Gündeş YENƏ EVLƏNİR!
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş nikah masasına oturmağa hazırlaşır.

Referans.az-ın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, müğənni iş adamı Murat Özdemir ilə yeni bir eşqə yelkən açıb.

Selin Özdemirdən 2022-ci ilin iyulunda boşanan Murat Özdemirin 2023-cü ilin sonlarına doğru Ebru Gündeş ilə birlikdə olmağa başladığı öyrənilib. İş adamı boşanandan sonra Ebru Gündeşlə ortaq dostları vasitəsi ilə tanış olub.

Birinci həyat yoldaşından bir, ikinci həyat yoldaşından 2 uşağı olan Murat Özdemirin bir qız anası olan Ebru Gündeşlə evlənməyə qərar verdiyi də məlum olub.

Cütlüyün yaxın vaxtlarda nikah mamasına oturmağa hazırlaşdığı iddia edilib.

Qeyd edək ki, bundan öncə Ebru Gündeş iş adamı Rza Zərrabla evli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru