“Son arzusu yerinə yetdi”

19-02-2024, 17:43           
“Son arzusu yerinə yetdi”
“Konserti baş tutmadı. İnsandır, hər şey ola bilər. Elə şeyləri bizimlə bölüşmürdü. Özü bilirdi ki, işləri nə dərəcədə yoluna qoya bilər. Bir onu bilirəm ki, çox yüksək səviyyədə hazırlaşmışdı, məşqlər olunmuşdu. Konsertə yaxın belə bir hadisə baş verdi”.

OLAY yazır ki, bu sözləri “Bakı gündəliyi” verilişində mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Aynur Hümbətova dyeib. O, baıcısının illər əvəvl təxirə düşən konsertindən söz açıb:

“Onun arzusu o idi ki, konsert versin. Çox şükür ki, dekabrın 26-ı son arzusu baş tutdu. Biz bilmədik ki, konsertdə vaxt necə uçdu. Bilirdik ki, son addımalarıdır. Hər an, hər dəqiqə hər şey gözləyirdik. Biz arzulayrııdq ki, heç konsert verməsin, 1 il əlavə yaşasın, övladını doya-doya bağrına bassın. Son nəfəsinə qədər ümid edirdik ki, bundan da çıxacaq.

Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirirəm. Çox dəstək oldular. Bakıya gətiriləndən vida mərasiminə qədər. Hamısını onlar etdi. Allah Mehriban xanımda razı olsun. Kimin əziyyəti olubsa, Allah ürəklərinə görə versin ki, son arzularını yerdə qoymadılar”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.