Afət Fərmanqızı canlı yayımda Flora Kərimovanı təhqir etdi: Özü də 100 min…Ala…

25-02-2024, 09:26           
Afət Fərmanqızı canlı yayımda Flora Kərimovanı təhqir etdi: Özü də 100 min…Ala…
Hazırda Rusiyada yaşayan müğənni Afət Fərmanqızı Tik-tok hesabının canlı yayımında təhqiramiz ifadələr işlədib.
TEREF Oxu24.com-a istinadən xəbər verir ki, müğənni açdığı canlı yayımda hazırda məhkəmə çəkişməsi olan Xalq artisti Flora Kərimovanı “işverən” adlandırıb.

O,bildirib ki, Flora Kərimova ilə məhkəmə prosesi əvvəlcədən kimlərinsə sifarişi ilə hazırlanmış plandır.

“İşverənlər birləşib məndən pul qopartmaq istəyir. Özü də 100 min…Ala…(Red-müğənni canlı yayımda söyüşü ifadə edən hərəkət nümayiş etdirib)”, deyərək müğənni bildirib.

Afət Fərmanqızı daha sonra bildirib ki, o gizli yolla avtomobili Azərbaycandan çıxarıb.

“Orada yoldaşımı şərləyib tutdurdular. Daha sonra məndən pul qopartmağa çalışdılar. Sifarişi kim verdiyini bilirəm. Onların pulu və adamı güclüdür.

Mənə yalvarırdılar ki, bir dəfə məhkəməyə gedim. Ammagetmədim. Çünki orada məni davaya salıb, həbs etmək istəyirdilər. Bunu mənə Floranın yaxın rəfiqəsi bildirdi. Onların acığına Azərbaycana gəldim, avtomobilimi gizli yolla götürüb çıxdım. Qaldılar yana-yana….”

Müğənni bildirib ki, hazırda Rusiyada qazancı çox yaxşıdır.

“Burada məni şərləyənlər yoxdur. Qazancım da ordakından yaxşıdır. İldə bir ev almasam, yaşaya bilmərəm”,-deyə müğənni bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.