Bakıda türkiyəli yutuber icarəyə götürdüyü avtomobili yolun ortasında qoyub qaçıb

3-03-2024, 11:18           
Bakıda türkiyəli yutuber icarəyə götürdüyü avtomobili yolun ortasında qoyub qaçıb
Sosial platformalarda yutuber Deniz Aksoy adı ilə tanınan Türkiyə vətəndaşı Deniz Hocaoğlu bir neçə gün öncə Bakıda “Ford Mustang” markalı avtomobil icarələyib. Şirkət də sifarişi çatdırılma xidməti ilə Aksoyun qaldığı otelə təhvil verib.

Patrul.az xəbər verir ki, sözügedən şəxs avtomobili istifadə etdikdən sonra “yanacağım bitdi” bəhanəsilə zədələdiyi avtomobili təhvil vermədən, elə yolun ortasındaca buraxaraq qaçıb. Şirkət maşını tərk edildiyi yoldan götürdükdə məlum olub ki, avtomobillə qəza törədib, avtomobilə çoxlu cərimələr yazılıb.
Şirkətin nümayəndəsi türk vətəndaşı ilə əlaqə saxlayaraq dəymiş ziyanın ödənilməsini tələb etdikdə, əvvəlcə “mən ödəyərəm” deyib, ardınca isə “işim var, azəri xanımla əylənirəm, sonra gələcəyəm” kimi nalayiq ifadələr işlədib. Bir neçə gün öncə Azərbaycanı tərk edən Aksoyun törətdiyi əməllə bağlı dərhal polisə məlumat verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.