Reynolds və Cekmanın superqəhrəman dueti rekord qırdı

26-07-2024, 16:38           
Reynolds və Cekmanın superqəhrəman dueti rekord qırdı
Hollivud ulduzları Rayan Reynolds və Hyu Cekman "Deadpool & Wolverine" superqəhrəman filmindəki işlərinə görə "Ginnesin Rekordlar Kitabı"na daxil ediliblər. Mükafatlandırmanın səbəbi "Marvel" kainatının yeni superqəhrəman filminin treylerinə baxış sayının fenomenal rəqəmə çatması olub.

RTVI-in verdiyi məlumata görə, rolik ilk dəfə fevralda nümayiş olunub və əsl furor yaradıb: onlayn platformalarda buraxılışdan sonrakı ilk 24 saat ərzində video 365 milyon baxış toplayıb. Bu isə kinematoqrafiya tarixində mütləq rekorddur.

Beləliklə, misli görünməmiş uğur diqqətdən kənarda qalmayıb - Reynolds və Cekman rəsmi olaraq adlarını "Ginnesin Rekordlar Kitabı"na yazdırıblar.

Qeyd edək ki, "Deadpool & Wolverine" dünəndən etibarən dünya prokatına çıxıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.