Röya rəqsi ilə hamını təəcübləndirdi

27-07-2024, 11:54           
Röya rəqsi ilə hamını təəcübləndirdi
Xalq artisti Röya Ayxan Qafqazın ən böyük musiqi festivalı “Dream Fest”in özəl qonağı olub.

Məşhur müğənni festivalın ən bahalı bilet satışı günündə böyük səhnədə çıxış edib. Pop kraliça gecəyə xüsusi hazırlaşıb, onu səhnədə “Nero” rəqs qrupu müşayiət edib. İfaçı səhnədə 3 mahnı “Zülmətəm”, “Kesin bilgi” və aktyor Nicat Rəhimovla birgə “Dəli kimi” duetini səsləndirib.

Röya Ayxanın qara və narıncı rəng detallardan ibarət geyimi yerli dizayner Kamilla Babayeva imzası daşıyıb. İki hissədən ibarət səhnə geyimi ətək şort, korset və üzərində böyük ətəkdən ibarətdir.

Estrada ulduzu çıxış zamanı böyük ətəyi əynindən çıxararaq şortla səhnə şousuna davam edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.