Flora Kərimova Afət Fərmanqızı münaqişəsi yenidən ALOVLANDI

29-07-2024, 17:30           
Flora Kərimova Afət Fərmanqızı münaqişəsi yenidən ALOVLANDI
Xalq artisti Flora Kərimova ilə Afət Fərmanqızının məhkəmə çəkişməsi yenidən alovlanıb.

Yenicag.az xəbər verir ki, Xalq artisti “İnstagram” hesabında canlı yayım açaraq, narazılığını ifadə edib.

Qeyd edək ki, Afət Fərmanqızı ilə bağlı qərar çıxmalıdır. Nərimanov məhkəməsində mülki iş artıq təsdiqlənən, 10 min cərimə olunan, təkzib və üzr boynuna qoyulan Afət Fərmanqızı etiraz olaraq, iş Ali Məhkəməyə şikayət edib. Mulki işin Ali Məhkəmənin qərarı yaxın aylar ərzində cıxmalıdır.

Afət Fərmanqızı Azərbaycanda olmadığına görə iki ildir icraatı dayandırılan, haqqında həbssiz axtarış elan edilən Binəqədi rayon məhkəməsində, Afət Fərmanqızının cinayət işi icraata başlayıb. Qərarın çıxarılması uzadılması ilə bağlı Flora Kərimova canlı yayım edərək, narazılığını ifadə edib və haqqını tələb edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.