Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurub

31-07-2024, 15:34           
Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurub
Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğlu Paks qəzaya düşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Bildirilib ki, onu Los-Ancelesdə elektrikli velosiped sürərkən yol ayrıcında avtomobil vurub. Məlumata görə, 20 yaşlı Paks dəbilqə taxmayıb. Sürücü təcili yardım və polis çağırıb.

Müayinədən sonra o beyin qanaması şübhəsi ilə xəstəxanaya çatdırılıb. Nəticədə zərərçəkmişə kəllə-beyin travması və omba nahiyəsindən əzilmiş diaqnozu qoyulub.

Onun yaxın zamanda xəstəxanadan buraxılacağı deyilir.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var. Şilo, Noks və Vivyen bioloji, Maddoks, Paks və Zahara isə övladlığa götürdükləri uşaqlarıdır.

Xatırladaq ki, Bred 2014-cü ildə evləndiyi Ancelina Coli ilə 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar. Hollivud ulduzları 7 illik məhkəmə prosesindən sonra ötən il rəsmən boşanıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.