Hadisə üsyan etdi - Bunun üçün yalvarmaq məcburiyyətindəyik? - VİDEO

7-10-2024, 16:24           
Hadisə üsyan etdi - Bunun üçün yalvarmaq məcburiyyətindəyik? - VİDEO
Son günlər Türkiyədə yaşanan dəhşətli ölüm hallarına reaksiyalar gəlməkdə davam edir.
Türkiyədə qadınların öldürülməsi və təcavüzünə Hadisədən də reaksiya gəlib. Müğənni “Biz qadınlar rahatlıqla maşınımıza piyada gedə bilməyəcəyik?”, –deyə soruşub.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, qadınların küçədə rahat gəzə bilmədiyini deyən müğənni Hadisə ötən axşam verdiyi konsertdə yaşananlara bu açıqlamalarla üsyan edib: “Nə yaşayırıq? Biz qadınlar maşınımıza rahat piyada gedə bilmirik? Dünən gecə bir qız yoldaşımla evində çox gözəl axşam keçirdik. Sonra çıxıb maşına tərəf getdik və qorxduq. Əgər maşına getmək belə bizi qorxudursa, bu ölkədə təcili olaraq nəyisə dəyişmək lazımdır. Dövlət bizi qorumalıdır, bizə, qadınlara , uşaqlara sahib çıxmalıdır”.
Qeyd edək ki, İstanbulun Eyüpsultan qəsəbəsində ötən gün saat 19 yaşlı Semih Çelik sevgilisi Ayşenur Xəlilin (19) boğazını kəsərək öldürmüşdür. Daha sonta Edirnekapıya dəvət etdiyi İkbal Uzuneri (19) bədənini parçalayaraq başını kəsərək öldürdükdən sonra özünü yerə ataraq intihar etmişdir. Bu vəhşilik Türkiyəni dəhşətə gətirdi.
Bəyoğluda da gənc qadını küçədə küncə sıxaraq ona cinsi təcavüz etməyə cəhd edilmişdir. Ancaq ətrafdakı insanlar qadını xilas ediblər. Polis tərəfindən saxlanılan azğınların ifadələrindən sonra sərbəst buraxılması sosial mediada böyük reaksiyaya səbəb olmuşdur. Bundan sonra prokurorluq həbs qərarı çıxarmışdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.