Məşhur reper ÖLDÜRÜLDÜ

22-10-2024, 18:44           
Məşhur reper ÖLDÜRÜLDÜ
22 yaşlı amerikalı reper Ralan Styles onu soymağa çalışan insanlara müqavimət göstərərkən güllələnərək öldürülüb.

News24.az xəbər verir ki, polis əməkdaşları əsl adı Maykl Robinson olan reperi səhər saat 5-də hadisə yerində tapıblar.

Tibbi müdaxiləyə baxmayaraq, Stylesi xilas etmək mümkün olmayıb. Hücum edən şəxs saxlanılıb.

Stylesin qardaşı, həm də reper olan Lil Goat İnstaqram səhifəsindəki paylaşımı ilə kədərli xəbəri açıqlayıb.

"Kiçik qardaş, hələ də gözləyirəm ki, mənə zəng edib bunların hamısının zarafat olduğunu deyəcəksən. Ürəyim parçalanır. Səni sevirəm, qardaş. Nə qədər ki, yaşayıram, sən heç vaxt ölməyəcəksən", - Lil Goat yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru