Efirdə Xalq artisti ilə ekspert arasında DAVA: GÖRÜN NƏ ÜSTƏ - VİDEO

23-10-2024, 08:38           
Efirdə Xalq artisti ilə ekspert arasında DAVA: GÖRÜN NƏ ÜSTƏ - VİDEO
Xalq artisti Fatma Mahmudova ilə "Elgizlə izlə" proqramında ekspert qismində oturan Esmira Qafarova arasında mübahisə düşüb.

TEREF axşam.az-a istinadən xəbər verir ki, buna səbəb eskpertin aktrisanın qızı Nigar Tofiqqızının mahnısına irad bildirməsi olub. Etirazını deyən F.Mahmudova sərt sözlər deyib:

"Bilirsiniz ki, kanala və aparıcıya hörmətim var. Nigar Azər Zeynalov, Yaqut Abdullayevadan dərs alıb, muğam dərsinə gedib. Bura gəlməmişik ki, münsif fikir bildirsin: Nigar bu nə mahnıdır oxuyur. Klipin ilk nümayişi idi, lazım deyildi belə sözlər. Mənə sizin yox, tamaşaçının fikri önəmlidir. Övladıma irad bildirə bilməzsiniz. Ona xeyir-dua verməkdən, deyirsən ki, bu, nə mahnıdır. Səhnə arxasında deyərdiniz. Siz oxumağı bacara bilməzsiniz. Hərə öz işi ilə məşğul olsun. Gərək səni Azərbaycanda musiqişünas qoysunlar".

E.Qafarovanın "Tamaşaçı kimi fikir bildirdim. İradı qəbul etmirsiniz. Müğənni deyiləm ki..." sözlərinə aktrisa "Yaxşı ki, müğənni deyilsiniz. Müğənniliyə də fitri istedad lazımdır" cavabını verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru