Yeniyetmələr dərs və gecə vaxtı “TikTok”a daxil ola bilməyəcək

12-03-2025, 16:14           
Yeniyetmələr dərs və gecə vaxtı “TikTok”a daxil ola bilməyəcək
“TikTok” sosial şəbəkəsi “Ailə ayarları” bölməsində yeniyetmələrin müəyyən vaxt aralıqlarında tətbiqə girişini məhdudlaşdırmağa imkan verən funksiyanı işə salır.

İndex.az şirkətə istinadən xəbər verir ki, “TikTok” tərtibatçıları yeni “Qeyri-aktiv vaxt” ayarını yaradıb.

İndi valideynlər övladları üçün “TikTok”a giriş məhdudiyyəti təyin edə bilərlər – məsələn, dərs saatlarında və ya gecə vaxtı. Valideynlər rəqəmsal detoksun rahat tənzimlənməsi üçün təkrarlanan cədvəl yarada və daha əvvəl tətbiq olunmuş məhdudiyyət dövründə övladlarının tətbiqdən istifadə üçün göndərdiyi sorğuları təsdiq edə bilərlər.

Bundan əlavə, “Ailə ayarları”nın yeni funksionallığı valideynlərə övladlarının hesabları barədə daha geniş məlumat əldə etməyə imkan verir. İndi onlar övladlarının “TikTok”da kimi izlədiyini və onun hesabına kimlərin abunə olduğunu, yeniyetmənin hansı istifadəçiləri blokladığını görə biləcəklər.

“Yaxın aylarda “TikTok” valideyn nəzarəti aktiv edilməsə belə, yeniyetmələrin platformanın İcma Təlimatlarını potensial olaraq pozan məzmun barədə valideynlərinə məlumat verməsinə imkan yaradan funksiyanı da əlavə edəcək”, – məlumatda deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.