Azərbaycanın xalq artisti vəfat edib

26-06-2017, 12:11           
Azərbaycanın xalq artisti vəfat edib
Azərbaycanın xalq artisti vəfat edib


Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva bir neçə saat öncə vəfat edib.

teref.az Publika.az-a istinadən xəbər verir ki, Xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Allah rəhmət etsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru