13 yaşlı erməni canlı yayımda müsəlman oldu - VİDEO
12-05-2019, 15:13
Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğlunun verilişində 13 yaşlı oğlan dinini dəyişib.
Unikal.org xəbər verir ki, canlı yayımda erməni əsilli olduğunu deyən Artur adlı yeniyetmə xristianlıqdan imtina edib və "Kəlimeyi-Şəhadət" gətirərək müsəlman olub. İlahiyyatçı 13 yaşlı oğlanın ailəsinin razılığı ilə dinini dəyişdiyini deyib. Bundan başqa, o, yeni isminin Nihat olduğunu söyləyib.