Nadir Qazipur xəstənin türkcə danışdığına görə ambulansdan endirilməsinə reaksiya verib – VİDEO

30-07-2019, 20:29           
Nadir Qazipur xəstənin türkcə danışdığına görə ambulansdan endirilməsinə reaksiya verib – VİDEO
GünAz TV: Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur azərbacanlı xəstənin türkcə danışdığına görə Təcili Tibbi Yardım Mərkəzinin ambulansından endirilməsinə reaksiya verib.



O bildirib ki, xəstə fars dilini bilmədiyi üçün Təcili Tibbi Yardım Mərkəzinin işçisi tərəfindən ambulansdan endirilib.



“Barış News”un yaydığı məlumata görə, millət vəkili həmin şəxsə xəstə gözü ilə baxılmalı olduğunu vurğulayaraq bildirib ki, “səlahiyyətli şəxslər bu hərəkətə yol verən tibbi yardım işçisi ilə bağlı lazımi tədbirləri almalıdır, əks halda istefaya getməyə hazırlaşsınlar.”



Azərbaycanlı millət vəkili sözlərinin davamında təkidlə vurğulayıb ki, səlahiyyətli şəxslər bu barədə tədbir almasa, bu məsələ ilə özü şəxsən məşğul olacaq.



Xatırladaq ki, ötən günlərdə Urmiyə şəhərində Təcili Tibbi Yardım Mərkəzinin yerli olmayan işçisi farsca danışa bilməyən bir türkü ambulansdan endirib. İrqçi hərəkətə yol verən işçi xəstəni xəstəxanaya çatdırmaqdan imtina edib.

Məlumata görə, xəstə farsca danışa bilmədiyindən və problemini türk dilində anlatdığı üçün Təcili Tibbi Yardım Mərkəzi işçisinin qeyri-insani və məsuliyyətsiz reaksiyası ilə üzləşib.



GünAz TV-yə verilən məlumata görə, irqçiliyə yol verən tibbi yardım işçisi kürd olub, o xəstə və onu müşayiət edən qohumları ilə mübahisə etdikdən sonra onları Urmiyənin Xürrəmşəhr xiyabanında ambulansdan endirib.



Bəzi Azərbaycan Teleqram kanalları irqçiliyə yol verən şəxsin adının Rza Rizvanpur olduğunu, Urmiyənin İqbal Tibb Mərkəzində çalışdığını yazıblar.



Soydaşlarımız Təcili Tibbi Yardım Mərkəzinin işçisinin bu hərəkətini kəskin şəkildə pisləyərək onun cəzalandırılmasını tələb ediblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.