“Türkiyə Liviya hökumətinə dəstəyi davam etdirəcək”. Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Kalın Türkiyənin Liviya hökumətinin rəsmi müraciətinə cavab olaraq, onu dəstəklədiyini bildirib:
“Liviya hökumətinin rəsmi istəyi ilə müqavilə imzaladıq. Prezident Ərdoğanın müdaxilə olmasaydı, Liviyadakı qarşdurma daha da dərinləşəcəkdi. Əks halda, bu, Liviyanın parçalanmasına yol açacaqdı. Liviya hökuməti ilə işbirliyimiz davam edir”.