Yerin maqnit qütblərinin istiqaməti dəyişə bilər - Rusiyalı alimdən AÇIQLAMA

6-05-2025, 16:47           
Yerin maqnit qütblərinin istiqaməti dəyişə bilər - Rusiyalı alimdən AÇIQLAMA
Yerin maqnit qütbləri inversiya prosesinə başlaya bilər. Bu, maqnit sahəsinin istiqamətinin dəyişməsi, yəni Şimal və Cənub qütblərinin yerdəyişməsi deməkdir.

Bunu Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun Baş Geomaqnit Sahəsi və Petromaqnetizm Laboratoriyasının aparıcı elmi işçisi Aleksandr Pasenko gazeta.ru-ya verdiyi müsahibədə bildirib.

Pasenkoya görə, hal-hazırda Şimal maqnit qütbü Sibirə doğru hərəkət edir və 2050-ci ilə qədər oraya çatacaq.

"Yer tarixində maqnit qütbünün şimal enliklərindən ekvatora doğru hərəkət edib, sonra geri qayıtması halları qeydə alınıb. Belə hadisələr geomaqnit ekskursiyaları adlanır. Son etibarlı ekskurs təxminən 41 min il əvvəl baş verib. Məlumdur ki, təxminən 780 min il əvvəl baş vermiş son inversiya maqnit sahəsinin zəifləməsi ilə başlayıb. Daha sonra çevrilmə baş verib və sahənin gərginliyi bərpa olunmağa başlayıb", - alim bildirib.

Onun sözlərinə görə, hazırda bu prosesi tam izah edən dəqiq model mövcud deyil.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru