Varşavada ətraf mühit fəallarından qeyri-adi aksiya

6-05-2025, 12:48           
Varşavada ətraf mühit fəallarından qeyri-adi aksiya
"Ostatnie Pokolenie" ("Son Nəsil") ekoloji hərəkatının üzvləri Varşavada öz əllərini körpünün səthinə yapışdırıblar.

Oxu.Az Polşanın RMF FM radiosuna istinadən xəbər verir ki, aktivistlər əvvəlcə Sileziya-Dombrovski körpüsündə aksiyaya başlayaraq Visla çayının sağ sahilinə keçidi bağlayıblar. Daha sonra isə Ponyatovski körpüsünə keçərək özlərini həmin körpünün səthinə yapışdırıblar.

Qeyd edək ki, "Son Nəsil" təşkilatı Avropa şəhərlərində keçirdiyi qeyri-adi etiraz aksiyaları ilə tanınır. Aprel ayında təşkilatın üzvlərindən biri Varşavada Rusiyada Polşanın sabiq prezidenti Lex Kaçinskinin də həlak olduğu aviasiya qəzasının qurbanlarına həsr olunmuş abidənin üzərinə boya atmışdı.

Bu dəfə isə fəallar nəqliyyat infrastrukturunun inkişafına investisiyalar ayrılmasını, regional nəqliyyat üçün vahid səyahət biletinin tətbiqini və Polşanın Baş naziri Donald Tuskla görüş keçirilməsini tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru