Almaniyalı deputat Kanadaya Aİ-yə qoşulmağı təklif etdi

6-05-2025, 17:34           
Almaniyalı deputat Kanadaya Aİ-yə qoşulmağı təklif etdi
Almaniyalı Avropa Parlamenti deputatı Yoaxim Ştrayt Kanadanın Avropa İttifaqına üzv olması ideyasını müdafiə edir. Onun fikrincə, Kanada “azadlıq arzusu” və “Avropaya daha yaxın Amerika” obrazını təmsil edir.
Euronews xəbər verir ki, mövzu, Kanadanın yeni baş naziri Mark Karneynin ilk xarici səfərini mart ayında ənənəyə zidd olaraq Vaşinqtona deyil, Avropaya etməsindən sonra aktuallaşıb. Karney Kanadanı “Avropaya aid olmayan ölkələr arasında ən Avropa ölkəsi” adlandırıb.
Ştrayt bu bəyanatdan və sorğularda kanadalıların 46%-nin Aİ-yə üzvlüyə müsbət yanaşmasından ruhlanaraq məsələni yenidən gündəmə gətirib.
Aİ Müqaviləsinin 49-cu maddəsi yalnız "Avropa dövlətlərinin" üzvlük üçün müraciət edə biləcəyini bildirsə də, Ştrayt bu anlayışın geniş izah oluna biləcəyini düşünür. O, Kipr və Aİ-nin dənizaşırı ərazilərini misal göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru