Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
Bu gün, 00:09

TEREF rbc.ru-ya istinadən bildirir ki, 9 May – Qələbə Günündə Moskvada keçiriləcək hərbi parad bu il rekord sayda xarici liderin iştirakı ilə müşayiət olunacaq. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tədbirə 29 ölkənin dövlət və hökumət başçısı qatılacaq.
Uşakov bildirib ki, Qələbənin 80 illiyinə həsr olunmuş paradda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcək.
Bundan əlavə, Bosniya və Herseqovina, Abxaziya, Cənubi Osetiya, Çin, Misir, Kuba, Vyetnam, Monqolustan, Laos, Myanma, Fələstin, Slovakiya, Serbiya, Papua-Yeni Qvineya, Zimbabve, Bura Faso, Efiopiya, Qvineya-Bisau, Venesuela, Konqo və Braziliya kimi ölkələrin də rəhbərləri Moskvaya gələcək.
Uşakov qeyd edib ki, bu qədər yüksək səviyyəli iştirakı “Rusiya ilə tərəfdaşlıq münasibətlərinə verilən önəmin göstəricisi” kimi qiymətləndirmək olar.