ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib

Bu gün, 00:08           
ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
ABŞ-ın apellyasiya məhkəməsi prezident Donald Tramp administrasiyasının yüz minlərlə immiqrantın müvəqqəti hüquqi statusunu ləğv etmək tələbini rədd edib.
Bizimyol.info xəbər verir ki, ABŞ-ın “Newsweek” jurnalının məlumatına görə, Boston 1-ci Dairə Apellyasiya Məhkəməsi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yüz minlərlə mühacirin hüquqi statusuna xitam vermək cəhdinə etiraz edən immiqrant hüquqları müdafiəçilərinin iddiası ilə bağlı qərar verib.

Məhkəmə keçmiş prezident Co Bayden dövründə başlayan və Ukrayna, Əfqanıstan, Kuba, Haiti, Nikaraqua və Venesuela da daxil olmaqla digər ölkələrdən gələn mühacirlərin ABŞ-da müvəqqəti sığınacaq axtarmasına icazə verən proqramın sona çatmasına icazə verməyib.

Apellyasiya məhkəməsi Daxili Təhlükəsizlik Departamentinin yüz minlərlə immiqrantın hüquqi statusuna xitam verilməsi tələbini rədd edib.

Yanvarın 20-də keçirilən andiçmə mərasimindən sonra Tramp ABŞ-da doğulan mühacirlərin uşaqlarına avtomatik vətəndaşlıq verilməsi qaydasının ləğv ediləcəyini və Konstitusiyaya bu hüququ verən 14-cü düzəlişin yenidən şərh edilməsi lazım olduğunu bildirib.

Sərhəddəki qeyri-qanuni mühacir axınına sərt tədbirlərlə son qoyacağını bildirən Tramp ölkəyə qanuni immiqrasiyaya icazə verən “CBP One” adlı tətbiqin silindiyini açıqlayıb.

Prezident Tramp ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərini artırmaq üçün yeni sərəncam imzalayıb və həmçinin sərhədə əlavə 1500 əsgər göndərmək qərarına gəlib.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.