Çexiya Ukraynaya 500 min iriçaplı mərmi göndərib

6-05-2025, 16:44           
Çexiya Ukraynaya 500 min iriçaplı mərmi göndərib
Çexiya 2025-ci ilin ilk dörd ayında döyüş sursatlarıyla bağlı təşəbbüs çərçivəsində Ukraynaya 500 minə yaxın iriçaplı artilleriya mərmisi göndərib.

Bu barədə ölkənin Baş naziri Petr Fiala Praqada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu günə olan duruma görə, bu il Ukraynaya sursat təşəbbüsü çərçivəsində yarım milyona yaxın iriçaplı artilleriya mərmisi göndərilib. Düşünürəm ki, bu təşəbbüs çərçivəsində bu il üçün nəzərdə tutulan plan yerinə yetiriləcək”, - o deyib.

Xatırladaq ki, mayın 4-də Zelenski ilə danışıqlardan sonra Çexiya Prezidenti Petr Pavel mətbuat konfransında 2025-ci ildə sursat təşəbbüsü çərçivəsində Ukraynaya təxminən 1,8 milyon ədəd iriçaplı artilleriya mərmisinin çatdırılmasının planlaşdırıldığını açıqlamışdı.

Qeyd edək ki, Çexiya rəhbərliyinin təklifi ilə 2024-cü ilin yazından “Çexiyanın döyüş sursatı təşəbbüsü” çərçivəsində bir sıra Qərb ölkələrinin maliyyə iştirakı ilə üçüncü ölkələrdə əsasən iriçaplı artilleriya mərmilərinin toplanması aparılır və sonradan Ukrayna Silahlı Qüvvələrinə göndərilir. Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ildə 1,5 milyondan çox artilleriya mərmisi yığılaraq Ukraynaya göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru