Keçmiş sevgilini unutmaq nə qədər vaxt aparır? - ARAŞDIRMA

Bu gün, 16:27           
Keçmiş sevgilini unutmaq nə qədər vaxt aparır? - ARAŞDIRMA
Keçmiş sevgilini unutmaq səkkiz il vaxt aparır.

Bu barədə "Social Psychological and Personality Science" nəşrində dərc edilmiş araşdırmada qeyd olunur.

İnsanın keçmiş sevgilisinə olan bağlılıqdan tamamilə vaz keçməsi üçün nə qədər vaxt tələb olunduğunu öyrənmək məqsədilə aparılan araşdırmaya 300-dən çox insan cəlb edilib.

Tədqiqatın nəticələrinə görə, iştirakçıların keçmiş sevgililərinə bağlılığı orta hesabla 4.18 ildən sonra iki dəfə azalır. Başqa sözlə, keçmiş sevgilini tamamilə unutmaq təxminən səkkiz il çəkə bilər.

Əksər hallarda bu səkkizillik müddət əsasən iki amillə bağlı olur: bağlılıq tərzi və keçmiş sevgili ilə davamlı ünsiyyət.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.