Ronaldunun oğlu ilk dəfə Portuqaliya millisinə dəvət alıb

7-05-2025, 00:02           
Ronaldunun oğlu ilk dəfə Portuqaliya millisinə dəvət alıb
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunun oğlu Ronaldu Junior ilk dəfə Portuqaliya millisinə dəvət alıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəsinin U-15 yığmasına çağırılan yeniyetmə futbolçu Xorvatiyada təşkil olunacaq beynəlxalq yarışda iştirak edə bilər. Portuqaliya yığması turnirdə Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, 14 yaşlı futbolçu 2023-cü ildən “Əl-Nəsr”in akademiyasında məşq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru