Ukrayna kəşfiyyatı “Magura” dronlarını təkmilləşdirir

6-05-2025, 17:14           
Ukrayna kəşfiyyatı “Magura” dronlarını təkmilləşdirir
Ukrayna kəşfiyyatı Qara dəniz üzərində Rusiyanın iki qırıcısını uğurla vurduqdan sonra “Magura” dəniz dronlarını təkmilləşdirir.

“RBK-Ukrayna” xəbər verir ki, bu barədə telemarafonda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Yevgeni Yerin bildirib.

Onun sözlərinə görə, Rusiya təyyarələrinin “Magura” dəniz dronları ilə uğurla məhv edilməsi Ukrayna Müdafiə Qüvvələrinin düzgün taktikasına dəlalət edir.

“Magura” ailəsindən olan dronlar artıq bir və ya iki modifikasiya deyil, müxtəlif situasiyalarda istifadə olunan çoxməqsədli dronlardır. Onların istifadə üçün seçim və imkanları çoxdur. Bunun üzərində iş gedir, fəaliyyət davam edir, inkişaf fasiləsizdir”, - Yerin deyib.

Xatırladaq ki, mayın 2-də BKİ Novorossiysk yaxınlığında Rusiyanın “Su-30” təyyarəsini vurub. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iki təyyarəsinin “Magura-7” dronlarından infraqırmızı yönləndiricili “AIM-9 Sidewinder” “hava – hava” sinifli raketlərlə vurulduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru