"Ermənistan ilə Azərbaycan arasında on illərdir həll edilməyən Qarabağ problemi təəssüf ki, yenidən qarşıdurmaya çevrilib". "Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı söyləyib.
Mustafa Akıncı: "Azərbaycan ərazisinə yönəlmiş hücumları qınayır, dost və qardaş Kipr Türk xalqının Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm".
Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir.