Ərdoğan: "İsraillə birgə hədəfimiz siyasi dialoqun yenidən canlandırılmasıdır"

10-03-2022, 00:10           
Ərdoğan: "İsraillə birgə hədəfimiz siyasi dialoqun yenidən canlandırılmasıdır"
İsraillə birgə hədəfimiz ölkələrimiz arasında hörmətə əsaslanan siyasi dialoqun yenidən canlandırılmasıdır.

Cebhe.info "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Herzoqla birgə mətbuat konfransında deyib.

Ərdoğan İsrail Prezidenti Herzoqun ölkəsinə səfərini tarixi ziyarət kimi qiymətləndirib.

"Bu səfərin Türkiyə-İsrail əlaqələrində yeni bir dönüş nöqtəsi olacağına inanıram.

Bölgəmizdə sülh, sabitlik və birgəyaşayış mədəniyyətinin hakim olmasına töhfə vermək bizim əlimizdədir", - Türkiyə dövlət başçısı qeyd edib.

O, iki dövlətli həll yoluna əhəmiyyət verdiklərini Herzoqun diqqətinə çatdırdığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru