“Ukraynanı 5-10 milyon adam tərk edəcək” - Ərdoğan

10-03-2022, 08:48           
“Ukraynanı 5-10 milyon adam tərk edəcək” - Ərdoğan
Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyası parlament fraksiyasının iclasında çıxış edib.

Öz çıxışında Türkiyə Prezidenti beynəlxalq strukturları tənqid atəşinə tutub: «Beynəlxalq strukturların reaksiyası, o cümlədən BMT TŞ bəyanat verməklə işini bitmiş hesab edir. Bu, utancvericidir!… Bu hadisələr artıq 11 ildir Türkiyənin yerləşdiyi Suriya bölgəsində baş verir».

Ərdoğan həm də Ukrayna böhranına toxunub: «Türkiyə böyük səylər göstərir ki, Ukrayna və Rusiya arasındakı böhran faciəyə çevrilməsin. Bu zaman Ankaranın dövlətlərin bütövlüyü və suverenliyi kursu dəyişməz qalır. Türkiyə Ukraynada döyüşlərin dayandırılmasına səylər göstərir. Türkiyə Ukraynada uzunmüddətli atəşkəs rejiminə ümid edir. Ankara balanslaşdırılmış siyasət yeridir və bu zaman Moskva və Kiyev arasında dialoq kanallarını açıq saxlayır».

Prezidentin sözlərinə görə, artıq qaçqınların sayı 2 milyona çatıb, döyüşlərin davam edəcəyi təqdirdə Ukraynanı 5-10 milyon adam tərk edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.