"Rusiyaya qarşı sanksiyalara əməl etmək bizim üçün sərfəlidir" - Qazaxıstan rəsmisi

6-06-2024, 10:08           
"Rusiyaya qarşı sanksiyalara əməl etmək bizim üçün sərfəlidir" - Qazaxıstan rəsmisi
“Astana potensial sanksiyalar təzyiqinə tab gətirməyəcək, ona görə də ölkə ABŞ və Aİ ilə dialoq aparır”.
Bu sözləri Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarin deyib.

O bildirib ki, Astana anti-Rusiya sanksiyalarını dəstəkləmir, lakin iqtisadi baxımdan faydalı olduğu üçün onlara əməl edir.

“Biz koalisiyaların üzvü deyilik, birtərəfli sanksiyalar siyasətini dəstəkləmirik. Lakin iqtisadi baxımdan bizə faydalı olduğu üçün ona əməl edəcəyik. Bizim kiçik iqtisadiyyatımız var, sanksiyaların təzyiqinə tab gətirməyəcəyik. Ona görə də biz daim dialoqdayıq, ABŞ və Avropa İttifaqı ilə birbaşa işləyən mərkəzlərimiz var”, – deyə baş nazirin müavini qeyd edib.

Eyni zamanda, Serik Jumanqarin bildirib ki, ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Qazaxıstanda artıq bir çox logistika və ticarət zəncirləri qırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.