Ankara ABŞ-nin Zəngəzura dair planları ilə bağlı şərh verməyib
Bu gün, 11:13
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası ABŞ-nin Zəngəzur dəhlizini idarə etmək niyyətinə dair məlumatlardan xəbərsiz olduğunu bəyan edib.
Bu barədə "RİA Novosti" agentliyi xəbər verir.
Daha əvvəl ABŞ-nin Türkiyədəki səfiri, prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bildirmişdi ki, Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları irəlilətmək üçün İran sərhədi yaxınlığında nəqliyyat dəhlizini idarə etməyə hazırdır.
"Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç bir şərh verə bilmərik", - deyə Ərdoğanın administrasiyasından agentliyə bildiriblər.