Prokurorluq Kəmalə Ağazadənin hökmündən protest verib

11-05-2019, 11:28           
Prokurorluq Kəmalə Ağazadənin hökmündən protest verib
Dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə barəsində olan hökmdən dövlət ittihamçısı apellasiya protesti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun cəzasının ağırlaşdırılmasını istəyir.

Apellasiya protesti üzrə məhkəmənin ilkin baxışı mayın 15-nə təyin edilib. Protest hakim Rizvan Səfərovun icraatıan verilib.

İttiham aktına əsasən, QHT sədri K.Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Ağazadə 3500 manat məbləğində cərimələnib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.