İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradılır: İşsizlərin siyahısı hazırlanır

25-04-2024, 15:54           
İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradılır: İşsizlərin siyahısı hazırlanır
“Taliban” hərəkatının lideri Heybətullah Axundzadə Əfqanıstanda “İslam Dövləti” (İŞİD) və digər qruplaşmalarla mübarizə aparmaq üçün xüsusi bölmənin yaradılmasına göstəriş verib.

Qeyd olunub ki, işsiz “Taliban” üzvlərindən xüsusi bölmə yaradılacaq, onlara müasir silahlar veriləcək. Silahlılar “Taliban”ın əldə etdiyi kəşfiyyat məlumatları əsasında İŞİD-ə qarşı əməliyyatlar keçirəcəklər.

Əfqanıstan Daxili İşlər Nazirliyi əyalət hakimiyyətindən işsizlərin siyahısını hazırlamağı tələb edib.
Məlumata görə, bu təşəbbüs “Taliban” liderlərinin ölkənin işsiz sakinlərinin İŞİD və digər terror qruplaşmalarına qoşulmasından narahatlığı ilə izah olunur.

Mənbə: Afghanistan International












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru