Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır – Müqayisə

19-05-2019, 00:00           
Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır – Müqayisə
Azərbaycanda 30 manat - 5 mb/s-dir, digər ölkələrdə isə xərc az, sürət daha yüksəkdir
İnternet və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Azərbaycan və digər ölkələrdə internetin qiyməti və sürəti ilə bağlı müqayisəli nəticəni açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu haqda ekspert "Facebook" statusunda məlumat paylaşıb.

"Regionlarda internetin sürətini və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mənasız və bəsit tədbirlərini, "startap tender konsorsiumlarını" və festival və şadyanalıqlarını görəndən sonra düşündüm ki, qısa bir araşdırma edim. Sonda isə belə bir nəticə əldə etdim", – deyə ekspert əlavə edib.

Ekspertin hazırladığı nəticə isə aşağıdakı kimidir:

Qazaxıstan: 30-35 manat, 200–500 mb/s (Kaztelekom)

Rusiya (Moskva): 13-15 manat, 200–500 mb/s (Rostelekom)

Gürcüstan: 30 manat, 50 mb/s (Magticom)

Azərbaycan: 30 manat - 5 mb/s (Aztelekom – ADSL, bütün regionlarda ancaq bu texnologiya əlçatandır)

30 manat - 6 mb/s (Baktelecom – ADSL, əsasən Bakı şəhəri və ətraf ərazilər)

26 manat - 25 mb/s (Baktelecom – bu paket həmin məşhur tanınmayan İT şirkətin 14 milyonluq layihəsinin GPON məhsuludur, əhatə dairəsi hələlik qeyri müəyyəndir).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.