Starmer: "Britaniya qırıcıları Polşa səmasında patrul həyata keçirəcək"

Bu gün, 09:44           
Starmer: "Britaniya qırıcıları Polşa səmasında patrul həyata keçirəcək"
Kral Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr NATO-nun "Eastern Sentry" ("Şərq keşikçisi") missiyası çərçivəsində Polşa səmasında patrul həyata keçirəcək.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

"Tayfun"ların yaxın günlərdə Polşa üzərindən uçmağa başlayacağı gözlənilir.

"Rusiyanın ehtiyatsız davranışı birbaşa Avropa təhlükəsizliyinə təhdiddir və beynəlxalq hüququn pozulmasıdır, ona görə də Böyük Britaniya NATO-nun şərq cinahını gücləndirmək səylərini dəstəkləyəcək", - Britaniyanın baş naziri Kir Starmer deyib.

Onun sözlərinə görə, bu təyyarələr sadəcə güc nümayişi deyil, təcavüzün qarşısını almaq, NATO-nun hava məkanının, ölkənin və onun müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün həyati zərurətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru