Bölgələrdə niyə bizə ərəb kimi baxırlar…

15-07-2019, 20:28           
Bölgələrdə niyə bizə ərəb kimi baxırlar…
Bəxtiyar Səlimov

Mövsümlə əlaqədar paytaxtdakı dostlarımızın sayı seyrəlir. Az-çox imkanı olanlar yay tətilini keçirmək üçün xarici ölkələrə üzbş tuturlar. Həmişə olduğu kimi, azərbaycanlı turistlərin üz tutduğu ölkələrin siyahısına yenə Türkiyə və Gürcüstan liderlik edir. Bu iki qonşu ölkədə bir həftə dincəlmək üçün zəngin olmağa ehtiyac yoxdur. Kəmərləri bir az sıxmaq kifayətdir. Çünki qiymətlər əlçatandır. Ən əsası isə hər kəsin büdcəsinə uyğun istirahət mərkəzi tapmaq mümkündür.

Biz informasiya əsrində yaşayırıq. Zamanın bizə bəxş etdiyi texnoloji üstünlüklərdən yararllanıb, üz tutduğumuz məkanın imkanlarını əvvəlcədən öyrənə bilirik. Məsələn, bu mövzuda yazmağa qərar verəndən sonra internet üzərindən kiçik bir araşdırmaqla müəyyən etdim ki, İstanbulun Aksaray səmtində fəaliyyət göstərən otellərdə 25-30 manata təmiz, səliqəki otaqlar tapmaq mümkündür. Otellər 2 nəfərlikdir və bu qiymətə səhər yeməyi də daxildir. İdtanbul dünyanın nisbətən bahalı şəhərlərinin sırasında yer alsa da, 2 nəfər bizim pulla 10-12 manata ağız dadı ilə nahar edə bilər. Aydın məsələdir ki, Antalya, Bodrum, Alanya, Çeşmə kimi dünyaca məşhur istirahət zonalarında qiymıtlər bir qədər bahadlr. Amma turizm şirkətləri ilə əməkdaşlıq sayəsində bu müşkülü də həll etmək mümkündür. Üç-dörd ay əvvəl ödəniş edən turistlər 500-600 manatın müqabilində Antalyada bir həftə dincələ bilərlər. Bu qiymətə təyarə ilə gediş-dönüş və transfer xərcləri də daxildir.

Azərbaycanla müqayisədə qonşu Gürcüstan da ucuz ölkə sayılır. Batumi-Kabuletti bölgəsi istisna olmaqla, Gürcüstanda dincəlmək çox ucuz başa gəlir. Paytaxt Tbilisidə bizim pulla günü 30-35 manata iki-üç otaqlı evlər tapmaq mümkündür. Ailə üzvlərilə birlikdı istirahət etmək istəyənlər Bolnisi və Dmanisi rayonlarında daha ucuz evlər tapa bilərlər.

Azərbaycanlı tiristlərin xarici ölkələrə üz tutmasının günahı yerli iş adamlarındadır. Biz hər il yay mövsümqndə süni qiymət artımının şahidi oluruq. Araşdırmalarımızı öz ölkəmizdə davam etdirəndə məlum oldu ki, ötən illə müqayisədə qiymətlərdə 15-20 faiz artım qeydə alınıb.

Dağlıq və dağətəyi rayonlarda da kirayə evlərin qiyməti bahadır. İsmayıllıda normal mənzərəsi olan kəndlərdə bir günü 50 manatdan ucuz ev tapmaq mümkün deyil. Qubada bu rəqəm 50-70 manat arasında dəyişir. Şəki-Qax bölgəsində isə normal evlərin qiyməti 60-70 manatdır.

Başqa bir problem isə xidmətin səviyyəsinin aşağı oımasıyla bağlıdır. Xidmətin səviyyəsinin aşağı olmasına rəğmən, qiymətlər çox yüksəkdir. İstirahət mərkəzlərinin sahibləri azərbaycanlı turistləri ərəb cildində görməyə başlayıblar. Yoxsa, heç kim cəsarət edib, bir çaynik çayı öz həmvətəninə 10 manata sırımaz. Turizm sektorundakı bu problemləri həll etmək lazımdır. Azərbaycandan xarici ölkələrə valyuta axınının qarşısını almağın vaxtı çatıb.
Turkustan.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.