Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

26-04-2024, 11:44           
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola biləcəyi ilə bağlı zarafat edib.

Bu barədə o, Almaniya Hərbi Hava Qüvvələrinin Lage şəhəri yaxınlığındakı aviabazada yerləşən 73-cü “Ştaynhoff” aviasiya eskadrilyasına səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Bəlkə də bu, NATO-dakı 10 illik fəaliyyətimi bitirəndən sonra məşğul olacağım şeydir”, - o, “Eurofighter”də uçduqdan və hətta, özünün dediyi kimi, iki dəfə şturvalı sərbəst idarə etdikdən sonra deyib.

NATO-nun mətbuat xidməti Stoltenberqin çıxışını canlı yayımlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru