“Ukraynadakı müharibənin daha da genişlənməsi riski var”

26-04-2024, 11:02           
“Ukraynadakı müharibənin daha da genişlənməsi riski var”
Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.

İndex.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsula” nəşrinə müsahibəsində deyib.

O, bütün tərəfləri atəşkəs və sülh üçün şərait yaratmağa çalışıb: “Beynəlxalq həmrəylik güclənməlidir. Sülhə nail olmaq üçün səyləri birləşdirmək lazımdır. Gərginliyi azaltmaq üçün əməli tədbirlər görülməlidir”.

Nazir bildirib ki, böhranın həlli üçün hansısa sehirli vasitə yoxdur: “Bunun üçün özümüzdən başlamalıyıq”.

Van İ vurğulayıb ki, xaosdan öz məqsədləri üçün istifadə edən və “alova benzin atan”lara qarşı mübarizə aparılmalıdır.

Çinin xarici işlər naziri bir daha Pekinin Ukrayna böhranının həlli üçün beynəlxalq konfransın çağırılmasına dəstəyini ifadə edib: “Bu konfransda Moskva və Kiyev müharibənin bərabər şərtlərlə həllinin mümkün yollarını müzakirə edə bilərlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru