RUSİYA YAXIN ŞƏRQİN YENİ HEGEMONUDURMU? –Gerçəklər, dəlillər və şübhələr...

20-11-2019, 02:39           
RUSİYA YAXIN ŞƏRQİN YENİ HEGEMONUDURMU? –Gerçəklər, dəlillər və şübhələr...
Şlomo Ben-Ami

“Project Syndicate”



30 əvvəl Sovet İttifaqının dağılması onun həm də Yaxın Şərqdə nəhəng mövcudluğunun süqutu demək idi. Lakin bu gün Birləşmiş Ştatlar bölgədən çəkildiyi üçün Rusiya hərbi güc, silah sazişləri, strateji tərəfdaşlıq və yumşaq gücün tətbiqi ilə, Sovet İttifaqının mövqeyini geri qaytarmağa tələsir. Bununla belə, onun müvəffəqiyyəti xeyli şişirdilib.

Şübhəsiz, Rusiyanın yumşaq gücü nüfuzedicidir. 2012-ci ilin əvvəlində prezident Vladimir Putin “xüsusən də əhalisinin böyük hissəsi rus dilində danışan və ya bu dili anlayan ölkələrdə” Rusiyanın mövcudluğunu genişləndirməyin zəruriliyini vurğulayıb.

Moskvadakı son konfransda Putin açıqlama verib: İsrail də bu siyahıda yer alır.

Rusiya bu səylərin bir hissəsi olaraq, Misir, İordaniya, Livan, Mərakeş, Suriya və Tunisdə elm və mədəniyyət mərkəzləri açan “Rossotrudniçestvo” kimi tanınan federal diaspor agentliyini qurub. Üstəlik, dövlət tərəfindən maliyyələşdirilən beynəlxalq telexəbər şəbəkəsi olan RT-nin ərəb xidmətini genişləndirib. 6 ərəbdilli ölkədə – Misir, İraq, İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində 6,3 milyon aylıq izləyicisi olan “RT Arabic” indi Yaxın Şərqin lider şəbəkələri sırasındadır.

ABŞ-ın bölgədən çıxması nəticəsində yaranan boşluğu doldurmağa çalışan Rusiya özünü imperiya gücü kimi deyil, mədəni tərəqqinin hakimi olaraq tanıtmaqla, Yaxın Şərqi köhnə hegemonundan ayırmağa çalışır.

2012-ci ildə Putin elan edib: “Təhsil və mədəniyyətin ixracı Rusiya mallarını, xidmətlərini və fikirlərini tanıtmağa kömək edəcək. Daha silah və siyasi rejim yolu ilə yox”.

Bu mesaj təsirli olub. İki il əvvəlki 63%-ilə müqayisədə ötən il gənc ərəblərin yalnız 18% (18-24 yaş arası) ABŞ-ı müttəfiq sayıb. Rusiya ABŞ-ı üstələməsə də, respondentlərin 20% -i bu ölkəni Yaxın Şərq və Şimali Afrikadan kənarda “ən yaxşı dost” adlandırıb.

Lakin Rusiya ən azı regional sülh vasitəçisi kimi Yaxın Şərqdəki pərəstişkarlarını məyus edəcək. Amerikanın “Taliban”la apardığı sülh danışıqları uğursuz olub. Sovet işğalının sona çatmasından təxminən 30 il sonra Kreml “Taliban” və digər əfqan qruplarının nümayəndələri arasındakı müzakirələrdə vasitəçi olmağa başlayıb.

Yaxın Şərq – dini, etnik, siyasi, tarixi və strateji amillərdən qaynaqlanan çoxsaylı münaqişə bölgəsi xarici aktyorların vasitəçiliyini dəfələrlə iflasa uğradıb. Heç vaxt uzunmüddətli sülh qurmağa xüsusilə meyl göstərməyən Rusiyanın vasitəçilik edə biləcəyi, uzunmüddətli sülh müqavilələri bağlatdıracağı düşncəsi üçün heç bir əsas yoxdur.

Suriyada Rusiyanın diplomatik zəifliyi artıü gözə çarpır. Sərt gücün istifadəsi ilə o, prezident Bəşər Əsədin diktaturasına vətəndaş müharibəsində qələbə qazandırıb. Hələbin tamamilə məhv edilməsinin şahidi olan hərbi qüvvə necə bir oyun dəyişdirici ola biləcəyini göstərib.

Lakin Rusiya o vaxtdan bəri Suriya ilə Türkiyə, Səudiyyə Ərəbistanı və İran, Türkiyə və kürdlər, İsrail və İran arasında yerli rəqabətə baş qoşub. Neytrallıq siyasəti Rusiyaya müxtəlif tərəflərlə dialoq aparmaq imkanı yaratsa da, yeni regional nizam yaratma mümkün olmayacaq.

Göründüyü kimi, Suriya Rusiyanın Yaxın Şərqdəki yeganə müştəri dövlətidir. Hətta orada olsa da, Qərbin sanksiyalarına görə öz mövqeyindən fayda götürə bilməyib. Bundan əlavə, Rusiya Suriyadakı tərəfdaşı olan İranla strateji hədəflərə görə ziddiyyətdədir. Rusiya Soyuq müharibədəki məğlubiyyətini əksinə çevirməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsi olaraq daimi möhkəmlənə biləcəyi sabit Suriya istəyir. İranın İsraillə qarşıdurması onun bu ölkədən davamlı istifadə hədəfini sarsıdır.

Əks təqdirdə Rusiya mahiyyətcə sürüşkən dövlətlərlə qarşı-qarşıya qalır.

Rusiya silahlarının əsas alıcısına və Liviyadakı strateji müttəfiqinə çevrilən Misiri nəzərdən keçirək. Hər iki ölkə Tripolidə beynəlxalq səviyyədə tanınan hökumətə qarşı çıxır, general Xəlifə Həftərin “Liviya Milli Ordusu”nu dəstəkləyir. Bununla belə, Rusiyanı aparıcı müttəfiqə çevirmək fikrindən çox uzaq olan Misir prezidenti Əbdülfəttah Sisi bu münasibətlərdən ABŞ-ın himayədarlığı mövqeyini möhkəmləndirmək üçün istifadə edir.

Səudiyyə Ərəbistanı ABŞ-ın enerji istehsalındakı artımının öhdəsindən gəlmək üçün Rusiya ilə neft fəaliyyətlərini əlaqələndirməlidir və amerikalı kimi, səudiyyəlilər də müttəfiq saydıları Suriyadakı kürdlərə prezidenti Donald Trampın xəyanətindən narahatdırlar. Lakin Səudiyyə Ərəbistanının ABŞ-dan üz döndərəcəyi anlayışı qəribədir. Krallığın ABŞ-ın bölgədəki mövcudluğuna verdiyi əhəmiyyətini vurğulayaraq, Amerikanın Suriyanın şimalından çıxmasından sonra İranı qorxutmaq üçün ABŞ kontingentinin öz ərazisində yerləşdirilməsinə razı olub.

Eynilə, İsrailin İran hərbi qurğularına hücum etdiyi Suriyada Rusiya ilə əlaqələndirmədən başqa çarəsi yoxdur. Ancaq ABŞ-la əlaqələrini pozmaq üçün heç bir stimul və ya qabiliyyət görünmür.

Türkiyəyə gəldikdə, müdafiə sənayesinin rəsmisi İsmail Dəmir, bir müddət əvvəl ölkənin həm Rusiya, həm də ABŞ-la “müttəfiq münasibətləri”ndə olduğunu bildirib. Ancaq həqiqət budur ki, nə qədər rus “S-400” raketləri alsa da, Ankara NATO üzvlüyünü qurban verməz.

ABŞ Yaxın Şərqdən hərbi mənada geri çəkilə bilər, ancaq bu, onun tam mənada çıxıb getməsi mənası vermir. O, Körfəz silahlı varlığını qoruyur və Rusiyanın yumşaq güc ilə rəqabət aparmasa da, uzun müddətli məşhur mədəni imperializmindən faydalanır.

Rusiya qeyri-müəyyən müddətə öz təsirini gücləndirə bilər. Ancaq ABŞ yenidən demokratiya və sülh mantiyasını geydikdə, Rusiya bu yarışı uduzacaq.

Tərcümə: Strateq.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.