“Mövqelərimizi itirmişik, onlarla ölü və yaralımız var” – Ermənistan tərəfi açıqladı

27-09-2020, 23:45           
“Mövqelərimizi itirmişik, onlarla ölü və yaralımız var” – Ermənistan tərəfi açıqladı
“Dağlıq Qarabağın cənub istiqamətindəki və Talış regionundakı mövqelərimizi itirmişik. Onlarla ölü və yaralımız var”.

Qazet.az xəbər verir ki, bu sözləri işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin rəhbəri Arayik Arutyunyan bugün keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi 16 hərbçinin öldüyünü, 100-dən artığının isə yaralandığını bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.