Bakıda küçələrdə "kahinlər" peyda oldu - VİDEO

5-07-2025, 10:08           
Bakıda küçələrdə "kahinlər" peyda oldu - VİDEO
Bakının mərkəzi küçələrində xüsusi geyimli "kahinlər" peyda olub.
Bakupost.az xəbər verir ki, özünəməxsus geyimdə Bakı küçələrində dolaşan bu şəxslər insanlara yaxınlaşırlar.
Onlar rastlaşdıqları adamların əvvəlcə əllərindən tutur, hansısa naməlum bir neçə hərəkət edir və bu yolla onu terapiya etdiyini bildirir.
Daha sonra isə adətən həmin şəxslərə qolbaq verir və qarşılığında pul istəyirlər.
Vətəndaşların sözlərinə görə, əvvəl anlamasalar da, sonrada bunun pul almaq üçün bir kələk olduğunu başa düşüblər. Bəzi vətəndaşların sözlərinə görə, sözgedən "kahinlər" bir neçə müddətdir ki, Bakının mərkəzi hissəsində dolaşaraq bu yolla insanlardan pul almağa çalışırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru