Prezident İlham Əliyevdən mühüm mesajlar...

25-02-2016, 00:44           
Prezident İlham Əliyevdən mühüm mesajlar...
Prezident İlham Əliyevə məxsus "twitter” hesabından (@azpresident) Azərbaycan-İran münasibətlərinə dair qısa mesajlar paylaşılıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edir və strateji əməkdaşlıq səviyyəsinə qalxıb:
"Azərbaycanla İran arasında imzalanmış sənədlərin icrası iki ölkə arasında əlaqələri daha da gücləndirəcək”.

Ölkə başçısı bildirib ki, Azərbaycanla İran Xəzərdə neft-qaz yataqlarının birgə işlənilməsi məsələsini müzakirə etmişlər və bununla bağlı yaxşı nəticələr gözlənilir:
"Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır".

"Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi nəticəsində qitələr gözəl nəqliyyat infrastrukturu ilə birləşdiriləcəkdir" – deyən İ.Əliyev, Azərbaycan və İranın üçtərəfli formatlarda da fəal iştirak etdiklərini və bu formatların coğrafiyasının getdikcə genişlənəcəyini bildirib.

Dövlət başçısı "Azərbaycan və İran sülhün, əmin-amanlığın, əməkdaşlığın təmin olunmasını istəyir və bölgədə sabitləşdirici rol oynayırlar” – deyə qeyd edib.

Prezident bildirib ki, Azərbaycan ABŞ və Rusiya arasında Suriyada müharibənin dayandırılmasına dair razılaşmanı alqışlayır:
"Suriyada vəziyyəti normallaşdırmaq üçün atəşkəs yaradılmalı, sülh bağlanmalı və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir. Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalı, bir-birinin işinə qarışmamalıdır. Bu halda müharibələr dayanacaq, qarşıdurmalar azalacaqdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.