Rus dünyasının agentləri - Şok hesabat

23-04-2016, 23:05           
Rus dünyasının agentləri - Şok hesabat
Qazaxıstan tezliklə Rusiyanın yeni qurbanı ola bilər.

Axar.az xəbər verir ki, bu sözlər “Çatam Hauz” təşkilatının “Rus dünyasının agentləri” hesabatında yer alıb. Hesabata əsasən, Kreml postsovet məkanına nəzarəti saxlamaq və burada öz xarici siyasi hədəflərini həyata keçirməkdən ötrü genişmiqyaslı plan hazırlayıb. Bu plan xüsusilə həmin ölkələrdəki rusiyayönlü qruplar vasitəsilə həyata keçiriləcək. Rusiyanın regional hökmranlığını saxlamağa yönəldilən cəhdlər psevdo-QHT-lər şəbəkəsi yaratmaqla həyata keçirilir. Bu şəbəkələr rusiyayönlü qüvvələrin birləşməsi vasitəsilə qonşu ölkələrin sosial birliklərinə zərbə endirir, bu ölkələrin milli orijinallığını nüfuzdan salmaqla, anti-Amerika əhval-ruhiyyəsinin təbliğatı, konservativ pravoslavlığa dəstək verməklə öz planlarını həyata keçirirlər. Onlar həmçinin hərbiləşdirilmiş qüvvələrin birləşdirilməsi və aqressiv təbliğatın yayılması yolu ilə qeyri-stabillik yaradacaq qüvvələr qismində də çıxış edirlər.

Hesabat müəllifinin fikrincə, gələcək illərdə Rusiya üçün əsas mübarizə meydanları yenə də Gürcüstan, Moldova və Ukrayna olacaq. Qazaxıstan da rusiyayönlü qrupların təsirinə düşəcək. Qazaxıstan Ukrayna kimi rus dünyası tərəfindən növbəti böyük maliyyənin göndərildiyi (Ukrayna separatçıları hər il Moskvadan milyonlarla dollar dotasiya alırlar – red.) ölkə olacaq.

Kreml həmçinin postsovet məkanında diqqətini gənc jurnalistlərə də yönəldib. Onlar daha çox rus dünyası ideyalarının təbliğatçısı kimi istifadə edilir. Qafqaz və Mərkəzi Asiyada jurnalistikanın Rusiya standartlarının dəstəklənməsi məqsədi ilə xüsusi məktəblər yaradılır, həmçinin Ukrayna müharibəsində Rusiyanın mövqeyi müdafiə edilir. Öz ideyalarının dəstəklənməsi və irəliləməsi üçün Moskva kazaklar şəbəkəsindən də yararlanır. Onların sayı isə postsovet məkanında 740 min nəfərdir. Bu şəbəkənin bir qolu da Qazaxıstandadır.

Hesabat müəllifi sonda Estoniyanın Narva vilayəti, Şimali Qazaxıstan, Moldovanın Qaqauziya bölgəsi və ya Latviyanın Dauqavpils vilayətinin Moskva tərəfindən hər zaman istifadə edilə oluna biləcəyini deyib. Onun sözlərinə görə, bu bölgələrdə rusdillilərin sayının çox olması və ya rusların yaşaması Kremlə manevrlər üçün imkan yaradır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.