BİRİNCİLƏR POLİSİN QONAĞI OLDULAR

16-09-2019, 18:20           
BİRİNCİLƏR POLİSİN QONAĞI OLDULAR
Xaçmaz Rayon Polis Şöbəsində övladları birinci sinifə gedəcək polis əməkdaşlarının övladları ilə görüş keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az - a verilən məlumata görə, görüşün əvvəlində şöbənin balaca qonaqları valideynlərinin iş otaqları ilə tanış olublar. Fidanları inzibati binanın önündə qarşılayan polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov onlara valideynlərinin apardığı şərəfli və qürurlu polis peşəsindən danışaraq, balacaları maraqlandıran sualları cavablandırıb.
Konfrans zalı, dərs otağı və xidməti otaqlarla tanış olduqdan sonra balaca fidanlarla söhbət onlar üçün hazırlanmış çay süfrəsi arxasında davam edib.
Tədbirin sonunda yeni dərs ilinin başlanması münasibəti ilə birincilərə RPŞ-nin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub, onlara dərslərində uğurlar arzulanıb.
Birincilərlə görüş inzibati binada xatirə şəkilləri çəkdirdikdən sonra yekunlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.